“Hatayspor” millimizin üzvü üçün 1,5 milyon ödəməyə HAZIRDIR 

Hazırda oxunan: “Hatayspor” millimizin üzvü üçün 1,5 milyon ödəməyə HAZIRDIR 

156491

Türkiyənin “Hatayspor” klubu millimizin üzvü Renat Dadaşovun transfer hüququnu əldə edə bilər.  

Bizim.Media xəbər verir ki, əgər forvard qışa qədər komandada özünü yaxşı tərəfdən göstərə bilsə, qardaş ölkə təmsilçisi onun transferi üçüm İsveçrənin “Qrasshopper” klubu ilə danışıqlara başlayacaq.  

Bunun üçün qarşı tərəfin tələb etdiyi 1 milyon 500 min avro ödənilməlidir. “Hatayspor” bu məbləği ödəməyə hazırdır.  

Qeyd edək ki, Renat yay transfer pəncərəsinin son günlərində icarə əsasında “Hatayspor”a keçib. Onun “Qrasshopper”lə 2025-cu ilin yayına qədər müqaviləsi var. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin