Mariya Stadnik mübarizəyə başlayır, Maqomedov final görüşünə çıxacaq

Hazırda oxunan: Mariya Stadnik mübarizəyə başlayır, Maqomedov final görüşünə çıxacaq

155877

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gələcək.

57 kq-da Jalə Əliyeva 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, 65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoyla görüşəcək.

57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada qüvvəsini sınayacaq. O, Tamara Dollakla güləşəcək.

Bu gün həmçinin 97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin