“Kadiz”in səhmdarlarından biri olan Ben Harburq Türkiyə kubları ilə maraqlandığını açıqlayıb. O bildirib ki, “Kadiz” Türkiyə klubları ilə əməkdaşlığı artırmaq və qardaşlıq münasibəti qurmaq istəyir.
Bizim Media xəbər verir ki, Amerikalı investor Türkiyədəki futbolun onu cəlb etdiyini ifadə edib.
Futbola qoyduğu sərmayələr və işləri ilə diqqət çəkən 39 yaşlı iş adamı 2007-ci ildən şəxsi və işgüzar səfərlər etdiyi Türkiyəyə dərin marağı olduğunu bildirib.
Türkiyənin “Getir” şirkətinə də sərmayə qoyan Ben Harburq türk klubları arasında “Fənərbaxça” “Beşiktaş” və “Qalatasaray” ilə maraqlandığını ifadə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:22 / 18.09.2023
Amerikalı biznesmen Türkiyədə klub almaq istəyir
Hazırda oxunan: Amerikalı biznesmen Türkiyədə klub almaq istəyir
Hazırda oxunan: Amerikalı biznesmen Türkiyədə klub almaq istəyir
155847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.