Portuqaliyalı futbolçu Kriştiano Ronaldo koronavirus pandemiyası zamanı maaşların verilməməsinə görə “Yuventus” klubunu məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də çıxış edən 38 yaşlı hücumçu həmin dövrdə ödənilməmiş 19,9 milyon avronu geri qaytarmaq niyyətindədir.
Ronaldo Turin prokurorluğundan sənədlər tələb etdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlib. O, karantin vaxtı almamağa razılaşdığı pulu istəyir. Söhbət “Yuventus”un koronavirus pandemiyası vaxtı bəzi oyunçularla bağladığı müqavilələrdən gedir.
Futbolçular maaşlarının azaldılmasına razılaşmışdılar. Ronaldo 2018-2021-ci illərdə Turin klubunun formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:39 / 16.09.2023
Ronaldo “Yuventus”u məhkəməyə verdi
Hazırda oxunan: Ronaldo “Yuventus”u məhkəməyə verdi
Hazırda oxunan: Ronaldo “Yuventus”u məhkəməyə verdi
155507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.