“Qarabağ”ın futbolçusu yenidən ZƏDƏLƏNDİ 

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu yenidən ZƏDƏLƏNDİ 

155212

Misli Premyer Liqasının 6-cı turunun mərkəzi oyunu "Qarabağ" və "Sabah" komandaları arasında baş keçiriləcək.

Bizim.Media xəbər verir ki, Ağdam klubunun zədəli oyunçuları Bədavi Hüseynov, Abbas Hüseynov və Patrik Andrade düşərgəyə qayıdaraq məşqləri bərpa ediblər. 

Adıçəkilən futbolçuların qayıdışı "Qarabağ" üçün nə qədər sevindirici olubsa, Rahil Məmmədovun zədələnməsi bir o qədər üzücü olub. Milli komandamızın düşərgəsindən qayıtdıqdan sonra Ağdam təmsilçisinin məşqlərinə qoşulmuş Məmmədov zədələnib. 
O, məşqdə sona qədər iştirak edə bilməyib. Məmmədov bu gün MRT-dən keçəcək və durumunun ciddiliyi bəlli olacaq. "Qarabağ" - "Sabah" matçı sentyabrın 17-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 19:30-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin