Birinci divizion: Mövsümün açılış matçında dava düşdü, 2 oyunçu qırmızı vərəqə aldı - VİDEO  

Hazırda oxunan: Birinci divizion: Mövsümün açılış matçında dava düşdü, 2 oyunçu qırmızı vərəqə aldı - VİDEO  

155081

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünə start verilib. 

Bizim.Media xəbər verir ki, mövsümə Yevlaxda start verilib. Burada yerli "Karvan" doğma meydanda "Mingəçevir"i qəbul edib.  

Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matç insident insidentsiz də ötüşməyib. Ev sahiblərinin futbolçusu Müşfiq Teymurov oyunu tərk edərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest edib.  
Bundan sonra meydanda ara qarışıb, futbolçular arasında dava düşüb.

Görüşün baş hakimi Rövşən Rəcəbov "Karvan"dan Müşfiq Teymurova, "Mingəçevir"dən isə Elçin Qasımova qırmızı vərəqə göstərib.  

Qeyd edək ki, turun digər görüşləri 14-15 sentyabr tarixlərində keçiriləcək. 
 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin