"Bilirdik ki, asan olmayacaq, elə də oldu. Rəqib fiziki cəhətdən yaxşı və aqressiv idi. Belçika ilə matçda çox enerji sərf etdik. Gözəl oyun alınmasa da, istədiyimizə nail olduq. Meydan da yaxşı deyildi".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İordaniya ilə bu gün keçirilən beynəlxalq yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib:
"Emin Mahmudov meydandan çıxanda gördünüz ki, yorğun idi. Əsas qaleodurumuzdur, peşəkardır, böyük keyfiyyətllərə malikdir. Meydanda çox gənc komanda var idi. Müdafiəçilərimiz 98-97-ci il təvəllüdlüdürlər. Heyətdə olanların hamısı gənclərdir. Məncə, yaxşı test oldu. Gələcəkdə bundan düzgün yararlanmalıyıq".
İtaliyalı mütəxəssis oyun zamanı çox emosional olması ilə bağlı isə qeyd edib:
"Çünki bir az səsim batıb, qışqıra bilmirdim. Jestlə hərəkətlər etməyə çalışırdım. Daha yaxşı oynaya bilərik. Uşaqların bəziləri də deyirdi ki, meydança pis idi. Hücum fazasında daha yaxşı oynaya bilərdik, daha çox qol vura bilərdik".
De Byazi Avro-2024-ün qarşıdan gələn oyunlarında da yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib:
"Yəqin ki, buna siz və azarkeşlər də inanırlar. 101 faizimizi qoyacağıq ki, yaxşı nəticə qazanaq. Estoniya və Avstriyaya qarşı ağır oyunlar olacaq. Belçikaya qarşı göstərdiyimiz oyunu göstərsək, Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik".
Baş məşqçi Premyer Liqada rəqabətin artması ilə bağlı da danışıb:
"Çempionat inkişaf edirsə, bizim üçün yaxşıdır. Legionerlər gəlir. Onlar nə qədər çox gəlirsə, bizimkilərin oynamaq şansı azalır. Ən yaxşılarını seçməliyik. Beynimdə tutduğum qrupu, komandanı çox dəyişmək istəmirəm. Balanslı komanda qurmaq istəyiriksə, eyni qrupla davam etməliyik".
Bizim.Media
- A-
- A
- A+
İdman
01:09 / 13.09.2023
De Byazi: "Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik"
Hazırda oxunan: De Byazi: "Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik"
Hazırda oxunan: De Byazi: "Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik"
154912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.