Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.
Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İordaniya yığmasını qəbul edib.
“Dalğa Arena”da gerçəkləşən qarşılaşmanı türkiyəli Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Üç qolun qeydə alındığı oyun millimizin qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl AÇ-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə uduzmuşdu.
Yoldaşlıq oyunu 12 sentyabr
Azərbaycan – İordaniya 2:1
Qollar: Emin Mahmudov, 45+1-pen. Renat Dadaşov, 80 – Nizar əl-Raşdan, 58.
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Bakı. “Dalğa Arena”.
Rəşad Rafiqoğlu, Bizim.Media