AFFA “AVRO 2024”-ün seçmə mərhələsində Ermənistan və Xorvatiya yığmaları arasında keçirilmiş oyundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək.
Bu barədə Bizim.Media-ya milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan-Xorvatiya matçında Azərbaycana qarşı təxribat - VİDEO
Onun sözlərinə görə, AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq: “Ermənilər ilk dəfə deyil ki, bu cür təxribata əl atırlar. Bununla bağlı bütün mümkün tədbirlər görüləcək”.
Qeyd edək ki, İrəvanda baş tutan Ermənistan-Xorvatiya matçında ermənilər meydanın üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin “bayrağı”nı nümayiş etdiriblər.
Həmçinin erməni və xorvat azarkeşlər arasında kütləvi dava olub.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media