Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb.
Bizim.Media xəbər verir ki, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.
Bu səbəbdən matçda fasilə yaranıb, daha sonra oyun davam etdirilib.
UEFA-nın bu təxrribata görə Ermənistan Futbol Federasiyasına hansı cəzanı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, bu, ermənilərin ilk belə addımı deyil. 2010-cu ildə Luksemburqda Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” matçında da anoloji təxribat baş vermişdi.
Bizim.Media