Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində sabah doğma meydanda İordaniya seçməsini qəbul edəcək.
Bizim.Media xəbər verir ki, yığmamızın baş məçqçisi Canni De Byazi matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Belçikaya qarşı yaxşı oynamışdıq. Sabah bütün fokusumuz İordaniyaya qarşıdır. Onların kağız üzərində böyük adı olmaya bilər, amma yaxşı komandadır. Rəqibin yaxşı oyunlarını görmüşəm. Sürətli komandadır.
- Belçika ilə oyuna yəqin ki, yenidən baxmısınız. Sizcə, nələri səhv etmisiz?
- Ona görə uduzduq ki, rəqibimiz güclü idi. Onlar yaradılan bir şansdan istifadə etdilər. O qolu buraxmamaq da olardı. Amma düzgün reaksiya verdik, yaxşı oynadıq. Uşaqlardan razı qaldım. Start heyətində olanlar da, sonradan meydana daxil olanlar da yaxşı oynadı.
Səsim bir az batıb, danışa bilmirəm. Sabah bizi vacib test gözləyir. Oktyabrdakı rəsmi matçdan əvvəl son testdir. Uşaqlar ciddi yanaşmalıdır. Oktyabrda kimin siyahıda olacağı sabahdan asılıdır.
- İordaniya nə dünyanın, nə də Asiyanın güclü komandasıdır. Bu komanda ilə oyun millimizə nə qazandıracaq? Daha güclü komanda ilə oynamaq, daha güclü rəqib seçmək olmazdı?
- İordaniya çox yaxşı komandadır, FIFA reytinqində 89-cu pillədədirlər, bizdən 40 pillə irəlidə. Serbiya ilə matçın sonunda hesabda 2:1 öndə idilər, 2:3 uduzdular.
- Amma Norveç millisi onlara 6:0 hesabı ilə qalib gəlib…
- Ola bilər Norveç bizdən güclüdür, onlardan da.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:15 / 11.09.2023
De Byazi İordaniya millisi haqqında: “Çox yaxşı komandadır”
Hazırda oxunan: De Byazi İordaniya millisi haqqında: “Çox yaxşı komandadır”
Hazırda oxunan: De Byazi İordaniya millisi haqqında: “Çox yaxşı komandadır”
154709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.