“Sabah bizi ağır oyun gözləyir. Çox güclü komandaya qarşı oynayacağıq. Rəqib FİFA reytinqində 4-cü pillədədir. Cəsarətli oynamalıyıq. İsveç və Avstriya oyunlarında olduğu kimi rəqibə hədiyyə verməməliyik".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024ün seçmə mərhələsində evdə Belçika ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, daha sonra bildirib:
"Yaxşı nəticə qazanmaq istəyiriksə, imkanlardan düzgün yararlanmalı və heç bir səhv etməməliyik. Başa düşürük ki, güclü komandaya qarşı oynayacağıq.
Onlar da bizim kimi insanlardır, futbolçulardır. Sabah ən yaxşısını etməyə çalışacağıq. Rahat, asan oynamalıyıq ki, futbolçular azarkeşləri və özlərini sevindirsinlər”.
Qeyd edək ki, sabah keçiriləcək sözügedən görüş saat 17:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:57 / 08.09.2023
De Byazi: "Sabah ən yaxşısını etməyə çalışacağıq"
Hazırda oxunan: De Byazi: "Sabah ən yaxşısını etməyə çalışacağıq"
Hazırda oxunan: De Byazi: "Sabah ən yaxşısını etməyə çalışacağıq"
154302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.