“Qarabağ” rəsmisinə Avropada yüksək VƏZİFƏ VERİLDİ 

Hazırda oxunan: “Qarabağ” rəsmisinə Avropada yüksək VƏZİFƏ VERİLDİ 

154079

“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.  

Bizim.Media xəbər verir ki, o, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində bu gün keçirilən seçkidə klubların səs çoxluğunu qazanıb.  

Bununla da Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.  

Avropa Klublar Birliyi özündə qitənin 500-dək klubunu birləşdirir. Azərbaycandan həmin təşkilatda “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Sumqayıt” təmsil olunur. Əsgərovun namizədliyini Avropanın bir neçə aparıcı klubu irəli sürmüşdü.  
Qeyd edək ki, 2008-ci ildə təsis olunan ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurum Avropada klubların maraqlarını müdafiə edir. Qitənin bütün TOP-klubları bu quruma üzvdürlər. Avropada klub yarışları (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) məhz ECA-nın tövsiyəsindən sonra UEFA tərəfindən nəzərə alınmaqla keçirilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin