“Napoli” mətbuatda Xviça Kvaratsxeliya ilə müqavilənin uzadılmasına dair yayılan xəbərlərlə bağlı bəyanat yayıb.
Bizim.Media klubun rəsmi “Twitter” (hazırki “X”) hesabına istinadən xəbər verir ki, bunların doğru olmadığını bildirilib:
“Bəzi KİV orqanları futbolçunun agentlərinə yeganə mənbə kimi istinad edərək, Kvaratsxeliya ilə müqavilənin uzadılması üçün aparılan danışıqların davam etdiyi barədə xəbərlər yaymağa davam edir. Bütün bunlar cəfəngiyyatdır. Heç bir “Napoli” nümayəndəsi oyunçu ilə müddəti 4 ildən sonra başa çatacaq müqavilənin mümkün uzadılması barədə danışmayıb”.
Həmçinin bildirilir ki, klub prezidenti Aurelio De Laurentis öz oyunçularını rəqib komandalara mümkün keçidlərdən qorumaq istəyir, buna görə də, o, hücumçu Viktor Osimhenlə mövcud müqavilənin şərtlərini yaxşılaşdırmağı planlaşdırır.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:17 / 06.09.2023
“Napoli” Kvaratsxeliya ilə bağlı bəyanat yaydı
Hazırda oxunan: “Napoli” Kvaratsxeliya ilə bağlı bəyanat yaydı
Hazırda oxunan: “Napoli” Kvaratsxeliya ilə bağlı bəyanat yaydı
153827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.