Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Klubdan Bizim.Media-ya verilən məlumata görə, ölkəmizi Çağırış Kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardınca 5 oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.
Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova ilə müqavilə yenilənib. Razılığa əsasən, onlar daha bir il “Azərreyl”in uğurları üçün çalışacaqlar.
Bu voleybolçularla yanaşı, Aişə Alismanova da yeni mövsümdən “Azərreyl”in formasını geyinəcək. Gənclər komandasından cəlb olunan 15 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:11 / 05.09.2023
“Azərreyl” klubu 4 voleybolçu ilə müqaviləni yeniləyib
Hazırda oxunan: “Azərreyl” klubu 4 voleybolçu ilə müqaviləni yeniləyib
Hazırda oxunan: “Azərreyl” klubu 4 voleybolçu ilə müqaviləni yeniləyib
153796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.