Türkiyə Superliqası: "Qalatasaray" dogma meydanında uduzdu - VİDEO

Hazırda oxunan: Türkiyə Superliqası: "Qalatasaray" dogma meydanında uduzdu - VİDEO

15346

Martın 19-da futbol üzrə Türkiyə çempionatının XXXI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Rizəspor”u qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri qonaqlara 3:4 hesabı ilə məğlub olublar.

"Qalatasaray"ın qollarını Deandre Yedlin (14), Emre Akbaba (31) və Yassine Meriah (74) vurublar. Rizə klubunun heyətində isə Samu (2), Fernando Boldrin (41), Milan Skoda (54) və Fernando Santos (90+2) fərqləniblər.

Günün digər matçında isə “Fatih Karagümrük” doğma meydanda “Kayserispor”un qapısından üç cavabsız top keçirib.

Turun digər oyunları martın 20 və 21-də keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik olan “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXI turda “Hatayspor” istirahət edir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin