Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.
Bizim.Media xəbər verir ki, “Inter-news”a danışan italiyalı mütəxəssis millimizin baş məşqçisi postunda əldə etdiyi nəticələrdən danışıb:
“AVRO-2024-ün seçmə mərhələsində Belçika, Avstriya və İsveç kimi komandalarla birlikdə çox çətin qrupa düşmüşük. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Lakin təəssüf ki, qrup birincisi ola bilmədik. Qazaxıstanı səfərdə məğlub etmək istəyirdik.
Statistikaya görə, rəqibimizi üstələdik, amma bu, məğlubiyyətdən qaçmağa imkan vermədi.
Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl 5 qələbə qazanmamışdı. Amma keçən il buna nail olduq. Bu, doğru yolda olduğumuzu göstərir".
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:55 / 01.09.2023
De Byazi: “Bu doğru yolda olduğumuzu göstərir”
Hazırda oxunan: De Byazi: “Bu doğru yolda olduğumuzu göstərir”
Hazırda oxunan: De Byazi: “Bu doğru yolda olduğumuzu göstərir”
153220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.