Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçında çıxıb.
Ağdam klubu Bakıda Sloveniya "Olimpiya"sını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 1:1 hesabı ilə başa çatıb.
"Qarabağ" səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazandığından bu nəticə ilə qrup mərhələsinə vəsiqə qazanıb. Beləliklə, Qurban Qurbanovun komandası ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində çıxış edəcək.
31 avqust UEFA Avropa Liqası Pley-off mərhələsinin cavab oyunu 20:00.
"Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) - 1:1
Qollar: Toral Bayramov, 24-pen.(1:0), Kosta Pinto, 36 (1:1)
Baş hakim: Alexandro Ernandes (İspaniya) İlk oyun - 2:0
Bizim.Media
- A-
- A
- A+
İdman
22:13 / 31.08.2023
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
Hazırda oxunan: “Qarabağ” Avropa Liqasının qrup mərhələsində
Hazırda oxunan: “Qarabağ” Avropa Liqasının qrup mərhələsində
153116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.