“Olimpiya”nın baş məşqçisi mətbuat konfransından imtina etdi

Hazırda oxunan: “Olimpiya”nın baş məşqçisi mətbuat konfransından imtina etdi

152984

Sloveniyanın "Olimpiya" klubu Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"ın qonağı olacaq. 

Bizim.Media xəbər verir ki, Lyublayana təmsilçisinin baş məşqçisi Joao Enrike bu gün saat 21:20-da jurnalistlərin qarşısına çıxmalı idi.  

Lakin portuqaliyalı mütəxəssisin mətbuat konfransı baş tutmayacaq. Klubun istəyi ilə tədbir ləğv olunub.  

Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında Sloventiyada baş tutan ilk oyun Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin