Ronaldinyo fırıldaqçılıqda ittiham olunur

Hazırda oxunan: Ronaldinyo fırıldaqçılıqda ittiham olunur

152724

Braziliya millisinin və “Barselona”nın keçmiş futbolçusu Ronaldinyo fırıldaqçılıqda ittiham olunur.

Bizim.Media “Globo”ya istinadən xəbər verir ki, Ronaldinyo kriptovalyuta layihəsinə investorları cəlb etmək üçün məşhur olmağından istifadə edib.  

İddiaya görə, keçmiş futbolçu qardaşı və iş ortağı Marselo Lara ilə birlikdə “18K Ronaldinyo” şirkəti vasitəsilə kriptovalyuta piramidası sxemini idarə edib. Hər üç şəxs ifadə verməli idi, lakin hava şəraiti pis olduğu üçün Ronaldinyo Braziliyada keçirilən məhkəmə iclasında iştirak edə bilməyib.
Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illərdə “Barselona”nın uğurları üçün çalışıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin