Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdə növbəti qollarını vurub.
Bizim.Media xəbər verir ki, “Yurqorden”in hücumçusu ölkə çempionatının 21-ci turunda “Degefors”la matçda dubl edib.
Gənc forvard 23 və 34-cü dəqiqələrdə fərqlənib. O, iki ikinci dəqiqədə komandasının ilk qolunda da assistlə yadda qalıb.
Xatırladaq ki, M.Qurbanlı daha əvvəl “Yurqorden”in ölkə kubokunda “Sandviken”lə matçında fərqlənmişdi.
Qeyd edək ki, “Degefors”la matçın ilk hissəsini "Yurqorden" 3:1 öndə başa vurub.
Bizim.Media