Taekvondoçularımız Avropa çempionatlarında ilk günü üç medalla başa vurublar

Hazırda oxunan: Taekvondoçularımız Avropa çempionatlarında ilk günü üç medalla başa vurublar

152240

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında Avropa çempionatlarına start verilib. 

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandası aktivinə 3 medal yazıb. 

Yığmamızın liderlərindən Cavad Ağayev (68 kq) finala kimi inamla irəliləyib. Lakin həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib. 

Gənclərin Avropa çempionatında Səlimə Quliyeva (42 kq) da eyni uğuru təkrarlayıb. O da fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Digər taekvonduçumuz Məhəmməd Həsənli (45 kq) isə 3-cü yerlə kifayətlənib. 
Beləliklə, milli komanda ilk günü 2 gümüş və 1 bürünc medalla başa vurub. 

Xatırladaq ki, Avropa çempionatları 3 gün davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin