Avqustun 23-24-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kuboku yarışının I mərhələsi keçirilib. Ümumilikdə 78 oğlan velosipedçinin iştirak etdiyi turnir Səbail rayonunda yerləşən Veloparkda baş tutub.
Bizim.Media xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə 2005-2007-ci il təvəllüdlü idmançılar 30 km (11 nəfər, 20 dairə, 10 ara finiş), 2008-2009-cu il təvəllüdlü velosipedçilər 24 km (28 nəfər, 16 dairə, 8 ara finiş), 2010-2012-ci il təvəllüdlü idmançılar isə 10 km (12 nəfər, 10 dairə, 5 ara finiş) məsafəyə kriterium növündə mübarizə aparıblar.
Turnirin ikinci günündə isə kriterium növündə yarışmayan 2009-cu il və daha kiçik təvəllüdlü idmançılar dağ velosipedləri ilə 10 km (27 nəfər, 10 dairə) məsafəyə qrup ötüşməsində güclərini sınayıblar.
Nəticələrə əsasən, kriterium növündə 2005-2007-ci il təvəllüdlü idmançılar arasında Tural İsrafilov (ROEQİUGVM, 55 xal), 2008-2009-cu il təvəllüdlü velosipedçilərin yarışında Nihad Xudoyev (ROEQİUGVM, 43 xal), 2010-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Nihat Xudiyev (ROEQİUGVM, 30 xal), dağ velosipedləri ilə qrup ötüşməsində isə 2009-cu il təvəllüdlü və daha kiçik idmançılar arasında Toğrul Məmmədli (ROEQİUGVM, 24:24:19) birinci yerə layiq görülüblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:00 / 24.08.2023
Kriteriyum üzrə Azərbaycan çempionatı keçirilib
Hazırda oxunan: Kriteriyum üzrə Azərbaycan çempionatı keçirilib
Hazırda oxunan: Kriteriyum üzrə Azərbaycan çempionatı keçirilib
152203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.