İdmançılarımız Avropa rekordunu yeniləyərək medallar qazanıb

Hazırda oxunan: İdmançılarımız Avropa rekordunu yeniləyərək medallar qazanıb

151974

Azərbaycanın iki pauerliftinqçisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında medal qazanıb. 

Bizim.Media xəbər verir ki, Talıb Zeynalov (+107 kiloqram) gənclərin yarışında 2 gümüş medala sahib çıxıb. O, ən yaxşı nəticəyə (160 kiloqram) və ümumi çəkiyə görə (307 kiloqram) fəxri kürsüyə qalxıb. 

Leyla Kərimova (+86 kiloqram) isə mundialda ən yaxşı nəticəyə (78 kiloqram) və ümumi çəkiyə görə (148 kiloqram) qızıl medallarla təltif olunub. 

Hər iki idmançımız öz kateqoriyalarında gənclər arasında Avropa rekordunu yeniləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin