Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun sonuncu oyunu “Sabah” və “Neftçi” komandaları arasında baş tutub. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Bundan əvvəlki oyunlarda “Kəpəz” evdə “Turan Tovuz”a (0:2), “Qəbələ” “Sumqayıt”a (1:2), “Səbail” də “Zirə”yə (1:2) uduzub. “Qarabağ” isə “Araz-Naxçıvan” üzərində qələbəyə sevinib.
Azərbaycan Premyer Liqası
3-cü tur
20 avqust
“Sabah” – “Neftçi” 1:1
Qollar: Boyan Letiç, 43 – Con İrasabal, 49-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov.
“Bank Respublika Arena”, 20:00.
Rəşad Rafiqoğlu, Bizim.Media