Bu gün Bakıda şahmat üzrə Dünya Kuboku turnirinin yarımfinal mərhələsinin cavab partiyaları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov planetin ən güclü qrosmeysterlərindən sayılan Maqnus Karlsendən revanş ala bilməyib.
Partiya 0:5:0,5 heç-heçə ilə başa çatıb. Ümumi hesabda həmyerlimiz 1,5:0,5 hesabı ilə məğlub olub.
Nicat Abasov üçüncü yer uğrunda mübarizə aparacaq.
Bizim.Media