Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışda Çin komandasının üzvləri fəallıq nümayiş etdirib.
251.4 xal toplayan çinli Jiayu Han qızıl medala sahib olub. Gümüş medala da Çindən olan atlet yiyələnib. 250.2 xal toplayan Jiin Vanq həmyerlisindən az fərqlə geri qalıb.
Bürünc medalı isə 229.8 xalla Hindistanı təmsil edən Mehuli Qoş bayram edib. Komanda yarışında isə Hindistan birinci, Çin ikinci, Almaniya üçüncü olub.
Bizim.Media xəbər verir ki, əldə olunan nəticələrə əsasən, Jiayu Han (Çin), Mehuli Qoş (Hindistan), Şermineh Çehel Amirani (İran), və Audri Qoqniat (İsveçrə) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:38 / 20.08.2023
Bakıda Olimpiya Oyunlarına lisenziya qazananlar məlum oldu - FOTO
Hazırda oxunan: Bakıda Olimpiya Oyunlarına lisenziya qazananlar məlum oldu - FOTO
Hazırda oxunan: Bakıda Olimpiya Oyunlarına lisenziya qazananlar məlum oldu - FOTO
151590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.