Bakıda dünya çempionatında növbəti medallar sahibini tapdı

Hazırda oxunan: Bakıda dünya çempionatında növbəti medallar sahibini tapdı

151496

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma yarışları keçirilib.

İsveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb. 20 yaşlı atıcı 251.3 xal toplayıb.

Çin təmsilçisi Haoran Yanq gümüş medalın sahibi olub. O, liderdən 0,7 xal geri qalıb. Bürünc medal çexiyalı Frantisek Smetananın payına düşüb.

Komanda yarışında isə Çin qızıl medal əldə edib. Çexiya gümüş, Xorvatiya komandası isə bürünc medala sahib çıxıb.

İlk oyunun nəticələrinə görə, İsveç, Çin, Çexiya və Qazaxıstan idmançıları öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıblar.

Viktor Lindqren mükafatlandırma mərasimindən sonra yarış və qazandığı qızıl medalla bağlı təəssüratlarını bölüşüb:

“Bu mənim Bakıya ikinci səfərimdir. İlk dəfə Dünya kubokunda iştirak etmişdim. Burada hər şey möhtəşəmdir. Həm təşkilatçılıq, həm də şəhər çox gözəldir. Medal qazandığıma hələ də inana bilmirəm. Çox möhtəşəm duyğudur. Ölkəmin gələn il Parisdə keçirilək Yay Olimpiya Oyunlarına vəsiqə qazanması da möhtəşəm oldu. Orada qızıl medal qazanmaq üçün qarşıdakı bir il boyunca səylə çalışmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin