“Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Andrey Lunyov Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat verib.
Bildirilib ki, 32 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonar rəsmi müqaviləyə imza atacaq.
Sözləşmənin müddətinin 1 illik olacağı gözlənilir.
Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:36 / 19.08.2023
“Qarabağ”ın yeni transferi Bakıya gəldi
Hazırda oxunan: “Qarabağ”ın yeni transferi Bakıya gəldi
Hazırda oxunan: “Qarabağ”ın yeni transferi Bakıya gəldi
151491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.