"Futbolçularımı təbrik edirəm. Çox böyük gərginlik var idi. Oyuna yaxşı başlamışdıq. Sadəcə ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı başladıq. Yaxşı qalibiyyət oldu".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-ə 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.
O, çox intizamlı komandaya qarşı oynadıqlarını vurğulayıb:
"Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər oyunlara hazırlaşmalıyıq".
Qeyd edək ki, Ağdam klubu Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:41 / 18.08.2023
Qurban Qurbanovdan qələbə şərhi
Hazırda oxunan: Qurban Qurbanovdan qələbə şərhi
Hazırda oxunan: Qurban Qurbanovdan qələbə şərhi
151300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.