“Partizan”ın baş məşqçisi: ““Sabah”dan qorxmuruq”  

Hazırda oxunan: “Partizan”ın baş məşqçisi: ““Sabah”dan qorxmuruq”  

151142

Serbiyanın “Partizan” komandasının baş məşqçisi İqor Dulyay Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.  

Bizim.Media xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qorxduğumuz üçün yox, arxayınlaşmamaq üçün ehtiyatlı olmalıyıq. Futbolçularımız necə böyük klubda oynadıqlarını bilirlər. Azərbaycan təmsilçisinin çempionatdakı matçı təxirə salınıb. Biz bunu etmədik, görüşlərə belə hazırlaşırıq. Bu, bəhanə də deyil. İlk oyun kabus idi. Amma bütün məsuliyyət mənim üzərimdədir.  

Futbolçularım haqqında heç vaxt məndən pis söz eşitməyəcəksiniz. Onlara inanıram. Sabah azarkeşlərin dəstəyi olduqca vacibdir. Geri dönüş edəcəyimizə ümid edirik. Komanda üzərində təzyiq var və 0:2 hesabından sonra əlavə təzyiqə ehtiyac belə yoxdur. Rəqibin qapalı oynayacağını düşünmürəm. 
“Sabah”ın əla baş məşqçisi və yaxşı oyunçuları var. Bizi də yaxşı təhlil etmişdilər”.  

Qeyd edək ki, sabah baş tutacaq cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda “Sabah” 2:0 hesabı ilə qələbə qazanıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin