Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarı ilə, “Dünya Cüdo Turu” çərçivəsində 22-24 sentyabr 2023-cü ildə keçiriləcək Bakı Böyük Dəbilqə yarışı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək.
Bizim.Media xəbər verir ki, rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq.
Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirak etməsi gözlənilir. Yarışın dünyanın 100-dən çox ölkəsinə canlı yayımlanması planlaşdırılır. BCF-in çox istisna hallarda icazə verdiyi bu hal Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə idmanın və cüdonun inkişafına verdiyi əvəzedilməz töhfənin beynəlxalq idman ictimaiyyəti tərəfindən də tanındığını göstərir.
“Biz çox şadıq ki, ölkəmiz yenidən Bakı Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək. Bakı Böyük Dəbilqə turnirinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilməsi bizim üçün böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Bu turnir idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir. Dünyanın hər bir yerindən cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, - deyə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:00 / 16.08.2023
Böyük Dəbilqə turniri Heydər Əliyevin xatirəsinə həsr olunacaq
Hazırda oxunan: Böyük Dəbilqə turniri Heydər Əliyevin xatirəsinə həsr olunacaq
Hazırda oxunan: Böyük Dəbilqə turniri Heydər Əliyevin xatirəsinə həsr olunacaq
151104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.