AFFA-nın baş katibi: “Şahdağ”ın stadionu noyabrın sonunda hazır olacaq”

Hazırda oxunan: AFFA-nın baş katibi: “Şahdağ”ın stadionu noyabrın sonunda hazır olacaq”

151097

AFFA-nın baş katibi Sərxan Hacıyev yeni yaradılan İkinci Liqaya “Şahdağ” (Qusar) və “Dinamo” (Bakı) klublarının buraxılmasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, qərarda klubların infrastrukturla bağlı vədləri də rol oynayıb: 

“Şahdağ” komandası noyabrın sonuna qədər Qusarda yeni stadionun tikintisinin başa çatacağına dair təminat verib. Hələlik ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirəcək.

“Dinamo” ilə bağlı isə konkret hansısa stadionun adını çəkə bilmirik. Amma Bakıdakı arenalardan birində oynayacaq”. 

Qeyd edək ki, bu gün AFFA İcraiyyə Komitəsinin iclasında 2-ci liqadakı klubların sayı 12-dən 14-ə qaldırılıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin