UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Sabah"ı qəbul edəcək "Partizan" azarkeş dəstəyindən məhrum ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Serbiyanın "Sportklub" nəşri məlumat yayıb.
Ötən gün "Partizan"ın Serbiya çempionatında “Radniçka”ya qarşı keçirilən mövsümün ilk ev oyununa (2:1) cəmi 2 min tamaşaçı gəlib. Onlardan yalnız 186-sı əsas azarkeş ordusunun cəmləşdiyi cənub tribunasında olub.
Oyundan sonra futbolçular və baş məşqçi İqor Dulyay azarkeşlərə təşəkkür edərək, "Sabah"la oyunda onları dəstəkləməyə çağırıb. Nəşr yazıb ki, komandanın uğursuz çıxışlarından narazı qalan azarkeşlər Bakı klubu ilə oyunu da boykot edə bilərlər.
Qeyd edək ki, "Partizan" - "Sabah" matçı avqustun 17-də Belqraddakı "Partizan" stadionunda keçiriləcək. Bakıdakı oyunda "Sabah" 2:0 hesablı qələbə qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:36 / 14.08.2023
Azarkeşlər "Partizan"ın "Sabah"la oyununu boykot edə bilər
Hazırda oxunan: Azarkeşlər "Partizan"ın "Sabah"la oyununu boykot edə bilər
Hazırda oxunan: Azarkeşlər "Partizan"ın "Sabah"la oyununu boykot edə bilər
150820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.