Oğuz məktəblisi Beynəlxalq Olimpiadanın qalibi olub. Taylandda keçirilən Olimpiadada 7 məktəblimiz mübarizə aparıb.
Bu barədə Bizim.Media-ya Beynəlxalq Olimpiadada iştirak edən filologiya elmləri doktoru, təhsil eksperti Şəmil Sadiq məlumat verib.
Ş.Sadiqin sözlərinə görə, Taylandın paytaxtı Banqkok şəhərində Beynəlxalq SİMSO Olimpiadasının mükafatlandırma mərasimi keçirilib.
Olimpiadanın final mərhələsində 7 şagirdimiz iştirak edib. Nəticələrə əsasən Oğuz rayon məktəblisi 11-ci sinif şagirdi Dağlar Fətəlizadə yaşıdları arasında birinci, Salyan rayon məktəblisi 10-cu sinif şagirdi Abel Fərəcov, Bakı məktəblisi 11-ci sinif şagirdi Aydan Ömərova ikinci yeri qazanıblar.
"Ümumiyyətlə, bu cür tədbirlərin uşaqlar üçün önəmi nə qədər çoxdursa, ölkə adına daha çoxdur! Bir kəndli balası durub gəlib dünyanın bu başında lider olub. Bayrağımızı yüksəltməsi qürurvericidir!" deyən Ş.Sadiq Beynəlxalq Müsabiqə və Olimpiadaların vacibliyinə diqqəti cəlb edib, məktəbliləri belə yarışlarda fəal iştirak etməyə səsləyib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
İdman
10:16 / 14.08.2023
Azərbaycanlı məktəbli Beynəlxalq Olimpiadanın qalibi OLDU – FOTO
Hazırda oxunan: Azərbaycanlı məktəbli Beynəlxalq Olimpiadanın qalibi OLDU – FOTO
Hazırda oxunan: Azərbaycanlı məktəbli Beynəlxalq Olimpiadanın qalibi OLDU – FOTO
150701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.