Bakıda şahmat üzrə Dünya Kuboku: 5-ci raundun 2-ci partiyasının NƏTİCƏLƏRİ

Hazırda oxunan: Bakıda şahmat üzrə Dünya Kuboku: 5-ci raundun 2-ci partiyasının NƏTİCƏLƏRİ

150664

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda beşinci raundun ikinci klassik partiyası (kişilər arasında 1/8 final, qadınlar arasında 1/4 final) başa çatıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasovun Dünya Kubokunun 1/8 final mərhələsindəki rəqibi Saleh Salem (BƏƏ) olub.

Bir gün əvvəl N.Abasov beşinci raundun ilk klassik partiyasında Saleh Salemi məğlub edib. Bu gün şahmatçımız cavab oyununda da qalib gəlib. Beləliklə, Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 finala yüksəlib.
Kişilər arasında Dünya Kubokunun 1/8 final mərhələsinin ikinci oyununun nəticələri:

Vasili İvançuk (Ukrayna) - Maqnus Karlsen (Norveç) - 0:1, (iki partiyanın ümumi hesabı 0:2);

Rameşbabu Praqnanandha (Hindistan) - Ferens Berkes (Macarıstan) - 1:0, (ümumi hesab 1,5:0,5);

Yan-Kşiştof Duda (Polşa) - Fabiano Karuana (ABŞ) - 0:1, (ümumi hesab 0,5:1,5);

Yan Nepomnyaççi (FİDE) - Santoş Vidit (Hindistan) - 0,5:0,5, (ümumi hesab 1:1);

Saleh Salem (BƏƏ) - Nicat Abasov (Azərbaycan) - 0:1, (ümumi hesab 0:2);

Aleksey Sarana (Serbiya) - Leynier Dominqes Peres (ABŞ) - 0,5:0,5 (ümumi hesab 0,5:1,5);

Arjun Erigaisi (Hindistan) - Nils Grandelius (İsveç) - 0,5:0,5 (ümumi hesab 1,5:0,5);

Qukeş Dommaraju (Hindistan) - Vanq Hao (Çin) - 0,5:0,5 (ümumi hesab 1,5:0,5);

Qadınlar arasında Dünya Kubokunun 1/4 final mərhələsinin ikinci oyununun nəticələri:

Elizabet Petz (Almaniya) - Anna Muzıçuk (Ukrayna) - 0,5:0,5, (ümumi hesab 1:1);

Harika Dronavalli (Hindistan) - Aleksandra Qoryaçkina (FİDE) - 0,5:0,5, (ümumi hesab 1:1);

Bella Xotenaşvili (Gürcüstan) - Tan Zhongyi (Çin) - 0,5:0,5, (ümumi hesab 0,5:1,5);

Polina Şuvalova (FİDE) - Nurgül Səlimova (Bolqarıstan) - 1:0, (ümumi hesab 1:1).

İki klassik partiyanın nəticəsinə əsasən rəqibləri ilə heç-heçə edən dünya çempionatının iştirakçıları avqustun 14-də tay-brekdə qarşılaşacaqlar.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir.
İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin