"Sabah" və "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Partizan" - "Sabah" görüşünü Polşa Futbol Federasiyasından Bartoş Frankovski idarə edəcək.
Yan xətdə ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Matçın 4-cü hakimi Patrik Qriçkeviç təyin olunub.
"Beşiktaş" - "Neftçi" baş hakimi Avstriya Futbol Federasiyasından Julian Veynberger olacaq. Ona Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 17-i keçiriləcək "Neftçi" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 21:00-da, "Partizan" - "Sabah" görüşü saat 23:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:56 / 11.08.2023
Klublarımızın Konfrans Liqasındakı cavab oyunlarına hakim təyinatları
Hazırda oxunan: Klublarımızın Konfrans Liqasındakı cavab oyunlarına hakim təyinatları
Hazırda oxunan: Klublarımızın Konfrans Liqasındakı cavab oyunlarına hakim təyinatları
150450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.