Yeni mövsüm öncəsi transfer işlərinə davam edən və yarımmüdafiəsini keyfiyyətli futbolçu ilə gücləndirmək istəyən “Beşiktaş” axtardığı futbolçunu tapıb.
Bizim.Media xəbər verir ki, "Beşiktaş" “Liverpul”la müqaviləsi başa çatan Aleks Oksleyd Çemberlenlə razılığa gəlib.
Futbolçu ilə detallar artıq razılaşdırılıb. Tərəflər yekun danışıqlardan sonra qərarlarını verəcək.
Türkiyə mənbələri tərəflər arasında fikir ayrılığının olmadığını və müqavilənin imzalanacağını yazır.
Bizim.Media