"Mançester Yunayted" "Atalanta"nın hücumçusu Rasmus Hoylundu transfer edib.
Bizim.Media klubun saytına istinadən xəbər veri ki, danimarkalı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatı yazıb ki, “Mançester Yunayted” 20 yaşlı futbolçu üçün 70 milyon avrodan çox təzminat ödəyəcək.
Qeyd edək ki, Hoylund “Atalanta”da cəmi bir mövsüm keçirib. İtaliya klubu onu 2022-ci ilin avqustunda Avstriyanın "Şturm" klubundan 17,2 milyon avroya alıb.
Bizim.Media