Azər Əliyevin sağlamlıq durumuna aydınlıq gəldi

Hazırda oxunan: Azər Əliyevin sağlamlıq durumuna aydınlıq gəldi

149599

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”la cavab matçında zədələnən "Neftçi"nin futbolçusu Azər Əliyev müayinədən keçib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.  

O deyib ki, sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur: 

"Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin