"Qarabağ" Avropa Liqası, "Neftçi" ilə "Sabah" isə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu eyni gündə Bakıda keçirəcək.
Bizim.Media xəbər verir ki, AFFA matçların vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət edib.
Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada bildirilib ki, UEFA müraciətə müsbət cavab verməyib:
"Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər.
Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin".
Qeyd edək ki, "Qarabağ" - HİK, "Sabah" - "Partizan" və "Neftçi" - "Beşiktaş" qarşılaşmaları 10 avqust tarixində baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:48 / 04.08.2023
UEFA təsdiqlədi: Bakıda eyni gündə 3 Avrokubok matçı olacaq
Hazırda oxunan: UEFA təsdiqlədi: Bakıda eyni gündə 3 Avrokubok matçı olacaq
Hazırda oxunan: UEFA təsdiqlədi: Bakıda eyni gündə 3 Avrokubok matçı olacaq
149525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.