“Kəpəz”in Premyer Liqada ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun ot örtüyü yeni mövsüm üçün ideal vəziyyətə gətirilib.
Bizim.Media xəbər verir ki, ötən çempionatın son turlarında yaşanan problem aradan qaldırılıb.
Aprel ayının əvvəlindən başlayaraq, qazon oyunların keçirilməsi üçün yararsız vəziyyətə düşmüş, “sarı-göylər” ev oyunlarını Qəbələdə keçirməyə məcbur olmuşdu.
Ancaq ötən 4 ay ərzində ot örtüyünə qulluq edən şirkət tərəfindən yeni qazon salınıb, meydanda lazımi formada aqrotexniki işlər yerinə yetirilib və bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Artıq qazon yeni mövsümün oyunlarının keçirilməsi üçün tam hazırdır.
Peşəkar Futbol Liqasının mütəxəssisləri tərəfindən də meydançaya baxış keçirilib və “Kəpəz”in rəqiblərini Gəncədə qəbul etməsinə icazə verilib.
Eyni zamanda keçən mövsüm olduğu kimi, arenaya oyunları izləmək üçün məhdud sayda, yəni 3000 azarkeş buraxılacağı bir daha dəqiqləşib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:44 / 04.08.2023
Gəncə stadionu oyunları qəbul etməyə hazırdır
Hazırda oxunan: Gəncə stadionu oyunları qəbul etməyə hazırdır
Hazırda oxunan: Gəncə stadionu oyunları qəbul etməyə hazırdır
149490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.