"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa "Rakov"u ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığı üçün "Rakov" növbəti mərhələyə yüksəlib.
"Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.
2 avqust Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu 20:00.
"Qarabağ" - "Rakov" (Polşa) - 1:1
Qollar: Tudor, 51 (0:1), Redon Cica, 60 (1:1)
Baş hakim: Sven Yablonski (Almaniya)
Bakı Olimpiya Stadionu İlk oyun - 2:3
Rəşad Rafiqoğlu, Bizim.Media