Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ilk raundun tay-brek görüşləri keçirilib.
Bizim.Media xəbər verir ki, Eltac Səfərli, Abdulla Qədimbəyli, Vüqar Əsədli, Misrətdin İskəndərov tay-brekdə qələbə qazanmaqla ikinci raunda vəsiqə qazanıb.
Günün ən uzun partiyası Aydın Süleymanlı ilə çinli Yunqlyun Syu arasında olub.
Ardıcıl 9 heç-heçədən sonra Süleymanlı 10-cu görüşdə qələbə qazanaraq növbəti mərhələdə iştirakını təmin edib. Sabah turnirdə ikinci raunda start veriləcək.
164 finalda Teymur Rəcəbov Viktor Erdoş (Macarıstan), Şəhriyar Məmmədyarov Tin Jinqao (Sinqapur), Nicat Abasov Loran Fressine (Fransa), Rauf Məmmədov Aleksandr Predke (Serbiya), Qədir Hüseynov Yonas Byere (Danimarka), Vasif Durarbəyli isə Jül Mussarla (Fransa) mübarizə aparacaq.
Qadınların yarışında 132 finalın ilk partiyaları oynanılacaq. Azərbaycan şahmatçılarından Günay Məmmədzadə Alina Bivol (Ukrayna), Ülviyyə Fətəliyeva Moniko Soçko (Polşa), Gövhər Beydullayeva Polina Şuvalova (FIDE), Gülnar Məmmədova isə Nino Baçiaşviliyə qarşı yarışacaq. Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
03:36 / 02.08.2023
Dünya Kuboku: Şahmatçılarımız tay-brekdən qalib ayrıldı
Hazırda oxunan: Dünya Kuboku: Şahmatçılarımız tay-brekdən qalib ayrıldı
Hazırda oxunan: Dünya Kuboku: Şahmatçılarımız tay-brekdən qalib ayrıldı
149064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.