Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirində dörddəbir finala vəsiqə qazanan şahmatçıların adları müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov turnirdə çıxışlarını dayandırıblar.
Belə ki, Teymur Rəcəbov son iki turda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölüb, rusiyalı Serqey Karyakinə isə məğlub olub.
Şahmatçımız, nəticədə 7 xalla 10-cu olub. Son iki turda Argentina şahmatçısı Alan Piçot və amerikalı Uesli So ilə oyunlarında bərabərlik qeydə alınan Şəhriyar Məmmədyarov isə yekun nəticəyə görə, 6,5 xalla 11-ci yerdə qərarlaşıb.
Beləliklə, norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, Yan Nepomnyaşi, FİDE təmsilçisi Alireza Firuzca, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan pley-offa vəsiqə qazanıblar.
Turnir martın 21-dək davam edəcək.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb.
Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:37 / 16.03.2021
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çıxışlarını dayandırıblar - “Meltvater” turnirində - FOTO
Hazırda oxunan: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çıxışlarını dayandırıblar - “Meltvater” turnirində - FOTO
Hazırda oxunan: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çıxışlarını dayandırıblar - “Meltvater” turnirində - FOTO
14861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.