"Mançester Yunayted" hücumçu Rasmus Hoylundun transferi üçün "Atalanta" ilə razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano özünün "Twitter" hesabında yazıb.
Təzminat qiyməti təxminən 70 milyon avro təşkil edəcək, əlavə bonuslar da nəzərə alınmaqla, klublar növbəti gün sənədləri hazırlayacaq. 20 yaşlı futbolçu uzun müddətdir ki, "Mançester Yunayted"lə 5 illik müqaviləyə razılaşıb.
Daha əvvəl danimarkalı oyunçunun İngiltərə klubunda illik 5 milyon avro alacağı bildirilirdi.
Hoylund 2022-ci ilin avqustundan "Atalanta"da çıxış edir. 2022/23 mövsümündə hücumçu bütün yarışlarda 34 matçda 10 qol vurub və 4 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:31 / 30.07.2023
"Mançester Yunayted" 70 milyon avroya hücumçu alır
Hazırda oxunan: "Mançester Yunayted" 70 milyon avroya hücumçu alır
Hazırda oxunan: "Mançester Yunayted" 70 milyon avroya hücumçu alır
148580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.