26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Bizim.Media xəbər verir kimi, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.
MÖVZU İLƏ BAĞLI:
Cüdoçularımız Olimpiya Festivalında 9 medal QAZANDI - FOTO
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar. Bu gün onlardan Ömər Cavadov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 152 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.
Cavadov təkana qaldırma hərəkətində 165 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub. Toplam 317 kq (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media