Cüdoçularımız Olimpiya Festivalında 9 medal QAZANDI - FOTO

Hazırda oxunan: Cüdoçularımız Olimpiya Festivalında 9 medal QAZANDI - FOTO

148529

Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.  

Bizim.Media xəbər verir ki, Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunub.  

Cüdoçularımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.

Turnirin ilk günündə oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov və -55 kq. çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər.  

Qızlar arasında isə -44 kq. çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb. Yarışın ikinci günündə qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarına sahib olublar.  

Oğlanlar arasında isə -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar. 

Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.

Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -90 kq. çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. +90 kq. çəkidə Ramazan Əhmədov isə yarışın gümüş medalını qazanıb. 
Qeyd edək ki, sabah EYOF-un komanda yarışları keçiriləcək. Komanda yarışlarında Azərbaycan yığması 4 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq. 










Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin