"Qarabağ" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi mərhələnin ilk matçı çərçivəsində Polşa "Rakov"unun qonağı olub.
Gərgin və dramatik keçən oyunda meydan sahibləri 3-2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-i olacaq və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
26 iyul Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun 22:15.
"Rakov" (Polşa) - "Qarabağ" - 3:2 (İkinci hissə)
Qollar: Elvin Cəfərquliyev, 56-avtoqol (1:0), Pyasetski, 71 (2:0), Redon Cica, 73 (2:1), 75 (2:2), Sonni Kittel, 90+1 (3:2)
Baş hakim: Lukas Fendrix (İsveçrə)
“Miejski Stadion Piłkarski" stadionu
Rəşad Rafiqoğlu, Bizim.Media