“Sabah” gecikdi, baş məşqçinin mətbuat konfransı LƏĞV OLUNDU 

Hazırda oxunan: “Sabah” gecikdi, baş məşqçinin mətbuat konfransı LƏĞV OLUNDU 

147989

“Sabah” klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu üçün artıq Latviyadadır.  

Bizim.Media xəbər verir ki, komanda Riqaya yollanarkən müəyyən problemlə qarşılaşmışdı.  

Belə ki, “Sabah”ın baş məşqçisi Murad Musayev və köməkçiləri Rusiya vətəndaşları olduqları üçün onların bu ölkəyə buraxılması sual altında idi. Çünki Rusiyanın Ukraynada apardığı müharibəyə görə Latviya bu ölkənin vətəndaşlarını sərhəddən buraxmır.  
Ancaq AFFA-nın da köməkliyi ilə problem yoluna qoyulub və “Sabah” tam heyətlə Riqaya gedə bilib.

Düzdür, komanda bir qədər gecikib. Məhz buna görə də, Murad Musayevin oyunöncəsi mətbuat konfransı baş tutmayıb.  

Xatırladaq ki, RFŞ-Sabah oyunu sabah Bakı vaxtı ilə saat 21-də başlayacaq. Oyun İTV ilə canlı yayımlanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin